Dünya

Özbəkistanda parlament seçkiləri keçirilir

22 Dekabr 2019 11:06
2 Şərh     Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanın Ali Məclisinin (parlamentin aşağı palatası) Qanunvericilik Palatasına seçkilərdə səsvermə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, səsvermə üçün 10 260 seçki məntəqəsi yaradılıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarına 20,5 milyon seçicinin adı salınıb, 1,7 milyon vətəndaş isə xarici ölkələrdə səs verəcək. 150 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparır. Seçki məntəqələrinin 55-i dünyanın 36 ölkəsində formalaşdırılıb.

Seçkilərdə ölkədə fəaliyyət göstərən beş siyasi partiya - "Milli Dirçəliş" Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, "Ədalət" Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyası iştirak edir.

Seçkiləri 800-dən çox beynəlxalq, 140 min yerli müşahidəçi, o cümlədən Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT, ATƏT Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələri izləyir. ATƏT ilk dəfədir ki, Özbəkistanda keçirilən seçkilərə 300 nəfərlik missiya göndərib. ATƏT Parlament Assambleyası da ölkədəki seçkiləri ilk dəfə müşahidə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.