Dünya

Uduzulmuş mərc: rusiyalı “Gelandwagen”ini helikopterdən aşağı buraxdı - VİDEO

20 Dekabr 2019 10:45
1 Şərh     Baxış: 1 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kareliyada iki rusiyalı "Mercedes Gelandwagen" avtomobilini helikopterdən yerə tullayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə uduzulmuş mərcin nəticəsi olaraq baş verib.

İki Moskva sakini mərc ediblər, şərtlərinə əsasən isə uduzan maşınını helikopterdən tullamalı idi.

Moskva ərazisində buna imkan olmadığından yoldaşlar Kareliyaya üz tutublar.

Peski aeroportunda onlar 20 dəqiqəlik uçuş üçün 250 min rubl ödəyiblər. "Gelandwagen" trosla helikopterə bağlanaraq göyə qaldırılıb, təxminən 300 metr hündürlükdən yerə buraxılıb.

Aeroport işçiləri maşının qalıqlarını metal qəbulu məntəqəsinə təhvil veriblər. Onlar baş verəni "presedentsiz hadisə" adlandırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.