Dünya

Türkiyədə polislər oğurlanmış uşaqları tapmaq üçün fəhləlik etdilər - FOTO

17 Dekabr 2019 18:29
0 Şərh     Baxış: 1 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya şəhərinin polisləri atası tərəfindən qaçırılan uşaqları tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dənizlidə yaşayan rus Yekaterina Yefimova və türk əri Bəkir A. yola getmədikləri üçün ayrılmaq qərarına gəliblər.

Boşanma ərəfəsində olan ər beş yaşlı İrmak Liona və dörd yaşlı Edqar adlı iki uşağını qaçırıb.

Ananın müraciətindən sonra polislər uşaqların yerini müəyyən etmək üçün onların atalarına məxsus bağlarda, tarlalarda müvəqqəti işə başlayıblar.

Qalmağa yerlərinin olmadığını deyən polisləri Bəkir uşaqlarını gizlətdiyi evə aparıb.

Məlum olub ki, ata uşaqlarını Pamukkale rayonunda suriyalı ailənin yanında gizlədib.

Faysal Məhəmməd, Senal Məhəmməd adlı cütlük və uşaqların atası polis tərəfindən nəzarətə götürülüb.

Onların istintaq müddətində azadlıqda qalmasına qərar verilib.

Artıq ümidini itirib Rusiyaya gedən anaya xəbər verilib. Türkiyəyə qayıdanda uşaqlar analarına veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.