Dünya

İran Səudiyyə Ərəbsistanına yenə hücum etməyə hazırlaşır - Husilər xəbər ötürdülər

22 Sentyabr 2019 11:47
5 Şərh     Baxış: 1 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Səudiyyə Ərəbsistanına yenə hücum etməyə hazırlaşır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Yəmənli üsyançılar tərəfindən Amerika və Səudiyyə diplomatlarına məlumat çatdırılıb. Yaxın zamanda hücumun baş verəcəyi bildirilir.

Məlumata görə, Səudiyyə hakimiyyəti hadisədən əvvəl əsas infrastrukturun təhlükəsizlik səviyyəsini artırıb. Onlar ölkənin mülki hava limanlarına da yeni hücumların olunmasından qorxurlar.

Qeyd edək ki, sentyabrın 14-nə keçən gecə "Saudi Aramco"nun ən böyük iki emalı zavodu pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Hücumun məsuliyyətini Yəmənli üsyançılar öz üzərinə götürüb. Lakin ABŞ onların hücumuna şübhə edərək, İran hakimiyyətini günahlandırıb. Tehran isə bu ehtimalları rədd edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.