Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ- İslam Dünyası Forumu işini başa çatdırır
15 Aprel 2011 01:19
Baxış: 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, ərəb dünyasında mühüm ictimai-siyasi proseslərin baş verdiyi bir zaman təşkil edilmiş forumda ərəb dünyasını bürümüş hadisələrin qlobal və regional təsirləri geniş şərh edilib.
İki gün sürən forumda ABŞ və müsəlman ölkələri arasında münasibətlərə təsir göstərən mühüm məsələlər Amerika və müsəlman ölkələrinin rəsmiləri, aparıcı ekspertlər, siyasətçilər və mətbuat üzvləri tərəfindən geniş müzakirə olunub.
ABŞ Dövlət katibi Hillari Klinton forumun ilk günü çıxışında regionda son onilliklər ilk dəfə olaraq dəyişiklik yaratmaq üçün real imkanların yarandığını bəyan etdi. Xanım Klinton region liderlərini islahatlara çağıraraq dedi ki, son inkişaflar onlar öz xalqları ilə region üçün ən mühüm məsələlər olan iqtisadi sistemin divertifikasiyası, siyasi sistemin açıq olması, korrupsiya ilə mübarizə aparılması, qadınlar və azlıqların hüquqlarının müdafiə edilməsi istiqamətində birgə işlədiyi zaman nəticə verəcək.
Forumun işgüzar iclasları və diskussiyalarında ABŞ senatorları Con Kerri və Con Makkeyn, ABŞ-ın keçmiş Dövlət katibi Madlen Olbrayt, ABŞ-ın Təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski, İslam Konfransı Təşkilatının Baş katibi Ekmeleddin İhsanoğlu, habelə ərəb və müsəlman ölkələrinin xarici işlər nazirləri və yüksək səviyyəli rəsmilər iştirak edirdi.
İclaslarda Yaxın Şərqin geo-siyasəti, ABŞ-ın regionda siyasəti, Amerika və müsəlman dünyası arasında münasibətlərin mediada işıqladırılması, müsəlman ölkələrində vətəndaş cəmiyyəti quruculuğu, dini liderlərin ABŞ və müsəlman dünyasında anlaşmada rolu kimi bir sıra məsələlərin müzakirəsi yer aldı.
Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələrə həsr edilmiş müzakirələr zamanı ABŞ-ın bu proseslərdə rolu və iştrakı siyasətçilər və eksperlərin diqqət mərkəzində oldu. Senatoru Kerri ABŞ-ın regionda dominantlıq deyil, əməkdaşlıq etməli olduğunu bildirdi. ABŞ senatoru Con Makkeyn isə Birləşmiş Ştatların Liviyada Müəmmfr Qəzzafi qüvvələrinə qarşı hərbi kampaniyada liderliyi yenidən öz üzərinə götürməli olduğu fikrini söylədi. Senator Makkeyn Şimali Afrikada və Yaxın Şərqdə demokratik hərəkatları alqışlayaraq, bu prosesin Çin və Rusiyaya da keçəcəyinə inanmaq istədiyini dedi.
Sabiq dövlət katibi Madlen Olbrayt regionda başlamış demokratik hərəkatları müasir dövrdə böyük dəyişikliklər yarada biləcək bir qüvvə kimi göstərdi.
Konfrans iştirakçıları regionda son hadisələrin nəticəsi olaraq yeni geo-siyasi reallığın yarandığını vurğuladılar.
ABŞ- İslam Dünyası Forumu 11 sentyabr hücumlarından sonra Amerika və müsəlman ölkələri arasında anlaşma yaratmaq məqsədilə 2004-ci ildən keçirilməyə başlayıb. Forum müsəlman ölkələrinin liderləri ilə Birləşmiş Ştatlar rəsmiləri və siyasətçiləri arasında dialoq şəklində qurulur. Qətər hökumətinin dəstəyi ilə hər il Qətər paytaxtı Dohada keçirilən forum bu il ilk dəfərdir ki, ABŞ-da, paytaxt Vaşinqtonda təşkil edilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər
-
Dünyanın ilk heyvansız "ferma"sı açıldı - Təbii ətdən seçilməyəcək - VİDEO
-
Amerikalı müğənni helikopter qəzasında öldü - FOTO
XƏBƏR LENTİ
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Sabah Bakıda 31 dərəcə isti olacaq
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
-
Aygün Kazımova Röyaya ad günü hədiyyəsi göndərdi - FOTO
-
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
-
Bakının 6 rayonunda yolların təmirinə başlanılır - SİYAHI
-
Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü
-
Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib - Səfirlik
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
İllər öncə Röya ilə alınmayan duetdən danışdı: "Saçlarımı yolmaq istədim..." - VİDEO
-
"Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş anı oldu" - Kamaləddin Qafarov
-
Şüvəlanda it 2 nəfərə hücum etdi
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
“Şamaxı”nın futbolçusu Ermənistan klubuna keçdi - FOTO
-
Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər
-
Tanınmış xanəndə ilk dəfə oğlu ilə görüntüsünü paylaşdı