18:08
Ukraynalı deputat, "Müxalifət bloku"nun üzvü Nestor Şufriç Yanukoviçin kiçik oğlu Viktorun ölüm xəbərini təsdiqləyib.
Milli.Az İnterfax-a istinadən bildirir ki, Şufriçin mətbuat katibi Facebook-da yazıb:
"Viktor Viktoroviç Yanukoviç faciəli şəkildə həlak olub. Elə yaşadığı kimi də həlak olub - avtomobilin sükanı arxasında".
----------
16:14
Milli.Az lenta.ru-ya istinadən bildirir ki, Rusiya FHN-i Baykalda ölən və ya xəsarət alanlar arasında Yanukoviç soyadlı birinin olmadığını deyir.
"Orada bu cür soyadı olan kimsə yox idi, dəqiq", - FHN qrupunun mətbuat təmsilçisi TASS-a bildirib.
Ancaq həmin şəxs təsdiq edib ki, martın 20-də Xoboy burnu yaxınlığında içində 6 nəfər olan "Volkswagen" markalı mikroavtobus buzun altına düşüb. 5 sərnişin xilas edilib, sürücü isə həlak olub. Mətbuat xidmətinin insident iştirakçılarının adlarını açıqlamağa səlahiyyətinin olmadığını da xüsusi vurğulayıb.
Rusiyanın "Zvezda" kanalı isə Baykalda ölənin adını və yaşını açıqlayıb - 33 yaşlı Viktor Davıdov. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlunun Rusiyada hansı adla yaşadığı və avtomobil yarışlarına hansı adla qatıldığı isə açıqlanmır.
---------
15:54
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Viktor Yanukoviç Baykal gölündə balıq tutarkən suda batıb.
Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı bir sıra Ukrayna KİV-ləri yayıb. Bu məlumatı bir çox siyasətçilər də sosial şəbəkələrdə paylaşıblar. Eyni zamanda Rusiya nəşrləri xəbəri tirajlayıb.
Məsələn, "Antikor" nəşri yazır: "Hadisə martın 20-də saat 19:00 radələrində baş verib. Olay haqda ziddiyyətli informasiyalar gəlir. Versiyaların birinə görə, Viktor Yanukoviçin adaşı olan oğlu ov edərkən buz sınıb və o, dostu ilə birlikdə suya düşərək boğulub. Onun dostunun adı dəqiqləşdirilməyib".
Bu xəbəri Yanukoviçlər ailəsinə yaxın qaynaqlardan Mixail Pavliv də təsdiqləyib.
Digər versiyaya görə isə Viktorun idarə etdiyi "CİP" markalı maşın kanat körpüsündən çaya düşüb.
Sabiq prezidentin oğlu Baykal yaxınlığındakı qəsəbələrin birində keçiriləcək ralli yarışlarına hazırlaşırdı. Ukrayna və Rusiya KİV-ləri bu ziddiyyətli xəbərləri dəqiqləşdirməyə çalışır.
Milli.Az
Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yanukoviçin oğlunun ölüm xəbəri yayıldı - YENİLƏNİB
22 Mart 2015 18:08
0 Şərh
Baxış: 1 781

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakı əhalisi ilə bağlı kritik proses – Şəhərdən çıxarıla bilərlər
-
Dövlətə xəyanətdə təqsirləndirilən İsmayıl Zamanlı hakim qarşısında
-
Tərtərdə öldürülən gəlinin FOTOsu - TƏFƏRRÜAT
-
Bu ərazilər qazsız qalacaq
-
Azərbaycanda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
-
Bu gün tarixi görüş baş tutacaq - Kimlər olacaq?
-
Məşhur broyler şirkəti külli miqdarda borca düşdü, rəhbəri dəyişdi
-
Əməliyyatdan sonra ölən 38 yaşlı Pərvanənin FOTOsu
-
Azərbaycanda bu valyuta UCUZLAŞDI: dollar isə...
-
Arda Turan İngiltərə klubunda?
-
Tanınmış müğənni Könül Xasıyevanı "pul yağışı"na tutdu - VİDEO
-
Neymarın yeni lüks avtomobili - FOTO
-
Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər
-
"Eldar yarışma ərəfəsində heç kimə dəstək olmurdu"
-
Şamaxıda zəlzələ oldu
-
Sevgi, simpatiya yoxsa sadəcə həyəcan? – Aşiq olmağın əlamətləri
-
REAL ID: Yeni şəxsiyyət vəsiqəsi bizə nə verir?
-
Cennifer məşq zamanı yaralandı - FOTO
-
"Qızıma görə qorxuram, ölkəm 10 il əvvəlki kimi deyil" - FOTO
-
"iPad" istifadəçilərinin sahib olacağı daha bir ÜSTÜNLÜK
-
Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz
-
Yayda həşəratlara qarşı təbii həll - Bu bitkini yandırmaq kifayətdir
-
Hamilələr bu meyvədən uzaq dursun
-
Peşə təhsili ilə bağlı statistika və proqnozlar: Əmək bazarını qane edir?