"Nottingem Forest" və Nigeriya milli komandasının hücumçusu Tayvo Avoniyi süni koma vəziyyətinə salınıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu 11 may tarxində keçirilən İngiltərə Premyer Liqasında "Lester"lə oyunun son dəqiqələrində dirəyə çırpılmışdı.
Oyunçunun qarın boşluğunda təcili əməliyyat keçirilib. O, intensiv terapiya alır.
Qeyd edək ki, 27 yaşlı nigeriyalı çempionatın 26 oyununda 1 qol vurub. Milli komandada isə 8 oyuna 2 qolu adına yazdırıb.
Hüseyn
Milli.Az