Gələn aydan bu şəxslərin pensiyası 46 manat artacaq – Deputat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" imzaladığı sərəncama uyğun olaraq bu gün 76 mindən çox ailəyə birdəfəlik yardımların ödənilməsi başa çatıb. Bu dəstək 335 mindən çox ailə üzvünü əhatə edir.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov parlamentin 2025-ci il payız sessiyasının sonuncu plenar iclasında deyib.
Millət vəkili xatırladıb ki, 2025-ci il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşı əhatə etməklə ölkədə sosial təminat sisteminin daha da güclənməsinə xidmət edib:
"2025-ci ildəki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Prezident İlham Əliyevin göstərişi ilə reallaşan paketlərə 7,6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8,1 faiz artıbsa, bu ilin ilk 10 ayında artım 9,4 faiz olub. 2025-ci ilin yekununda nominal orta aylıq əmək haqqının 9,2 faiz artacağı gözlənilir.
Bu isə o deməkdir ki, gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9,2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu, bütün növ əmək pensiyaları, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu, o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində gələn aydan 46 manat artım olacaq.
Deputat əlavə edib ki, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7,9 %-dən çox artım deməkdir.
"Ehtiyac meyarının 300 manata çatıdırılması isə gələn ildən ünvanlı sosial yardım almağa başlayacaq vətəndaşlarımızın sosial yardım məbləğinin artmasına səbəb olacaq. İlkin qiymətləndirmələrə görə, 900 manat gəlirli 5 nəfərlik ailə, əvvəl aldığı təxminən 525 manat əvəzinə, yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabla 600 manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olan ailələrin daha yaxından dəstəklənməsi deməkdir", - deyə o fikrini yekunlaşdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
XƏBƏR LENTİ
-
Azərbaycanda tutulan nəhəng BALIQ diqqət çəkdi - VİDEO
-
Zeytun yağından istifadə zamanı edilən 4 əsas SƏHV
-
Həm arıqladır, həm sağlam saxlayır
-
Mükəmməliyyətçilik: Qüsursuzluq bir "maskalanma" forması kimi
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO





