"Almaniya futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir"
Ulduz futbolçu Toni Kroos ötən yay karyerasını bitirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, karyerasının böyük bir hissəsini "Real Madrid"də keçirən oyunçunun İspaniyanın ikinci vətəninə çevrilib.
10 ildən çox burada yaşayan Kross dili öyrənib. O, həyat yoldaşı və uşaqları kimi İspaniyada özünü rahat hiss edir. Kross qəti şəkildə vətəni Almaniyaya qayıtmaq istəmir.
Xatırladaq ki, ötən il Avropa çempionatı zamanı "Real"ın keçmiş oyunçusu Lanz und Precht çıxışında Almaniyada nəzarətsiz miqrasiya məsələsini qaldırmışdı. Onun sözlərinə görə, son illərin əsas problemlərindən biri ölkəsini daha az təhlükəsiz edib.
Kross uşaqlarını həyatını riskə atmaq istəmədiyini açıq şəkildə bildirib:
"Mən hələ də Almaniyanın böyük ölkə olduğunu düşünürəm. Biz orada olmağı sevirik, amma bu, bəlkə də 10 il əvvəl olduğu kimi Almaniya deyil. Təhlükəsizlik hissi yox olub. Məndən soruşsalar ki, qızımı saat 23:00-da hara - İspaniyaya və ya böyük bir alman şəhərinə buraxardım - İspaniyanı seçərdim".
Toni Almaniya hökumətinin qaçqınlarla bağlı siyasətini tənqid edib:
"Düşünürəm ki, miqrasiya ilə bağlı problem var. Biz 2006-cı ildə göstərdik və indi ölkəmiz insanları qucaq açıb qarşılayır. Bu da mənim xoşuma gəlir. Amma eyni zamanda, hesab edirəm ki, son illərdə bu, çox nəzarətsiz olub".
2015-ci ildən başlayaraq Almaniya Avropa İttifaqının lideri kimi çoxlu sayda qaçqını qəbul edib. Əsas səbəb Suriyadakı müharibə idi, lakin digər "yanan" bölgələrdən (Şimali Afrika, Cənubi Asiya) insanlar kütləvi şəkildə Almaniyaya daxil olublar. Miqrantların sayı milyonlara çatıb.
O zamankı kansler Angela Merkelin sakitləşdirici ritorikasına baxmayaraq, onun siyasəti görünməmiş tənqidlərə məruz qalıb. Hökumət liderini isə tamamilə əks cinahlardan - ifrat sağçı "Almaniya üçün Alternativ" partiyasının nümayəndələrindən tutmuş sərt solçu Sara Vaqenknehtə qədər insanlar qınayıb.
Müavinət almış miqrantların böyük bir hissəsi sadəcə olaraq işə getməkdən imtina ediblər. Ən iyrənc cinayət hadisələrdən biri Avropa Komissiyasının yüksək rütbəli məmurunun qızı Frayburqdan olan 19 yaşlı tələbənin öldürülməsi olub.
Ona görə də geri dönmək istəməyən Toni Kross həmvətənlərindən dəstək mesajları alır.
Hüseyn
Milli.Az