Cəmiyyət

10 yaşlı Sərxan həmin vaxt hədiyyəsinə baxırmış... - VİDEO

2 Yanvar 2026 13:16
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının mərkəzində azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, ağır yaralanan uşağın fotosunu paylaşan bloqer Saleh Nəsirov hadisə barəsində bəzi məlumatları bölüşüb.

Bildirilib ki, hadisə dekabrın 25-i baş verib. Sərxan adlı 10 yaşlı oğlan başından yaralanıb və Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

"Uşaq beyin travması alıb. Onu polis əməkdaşları vaxtında xəstəxanaya çatdırıb. Maşınla vuranlardan - sedan avtomobilinin sahibi ilk gündən maraqlanır. Lakin "Mercedes ML" markalı avtomobilin sürücüsü dünən gəlib. Həmin gün məktəbdə bayram tədbiri keçirilib və Sərxana hədiyyə verilib. O, səkidə dayanıb hədiyyəsinə baxarkən bədbəxt hadisə ilə üzləşib", - deyə S.Nəsirov yazıb.

Qeyd edək ki, hadisə vaxtı uşağa ilk olaraq yol nişanının çırpılması da məlum olub.

Baş vermiş hadisə, xüsusilə "Mercedes"in sürücüsünün xəsarət alan azyaşlıya biganəliyi geniş müzakirələrə səbəb olub.

Hadisə anının görüntülərini təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.