Hadisə

Goranboyda ayağı sınan xadimə şoka düşüb öldü

2 Yanvar 2026 13:08
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda qadın faciəvi şəkildə vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə yanvarın 1-i saat 16 radələrində rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Şəhər ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-də xadimə işləyən Samux rayon sakini 1967-ci il təvəllüdlü Nahidə Yusif qızı Məmmədovanın ayağı sınıb.

Belə ki, qadın dəmir yolu relsinin üzərindən keçərkən ayağı relsin kənarındakı beton dirəyin arasında qalaraq qırılıb. Ağrıdan şoka düşən N.Məmmədova hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.