Dünya

Tramp hisslərinə hakim ola bilmədi: Melaniyanı öpüşlərə qərq etdi - FOTOlar

14 May 2025 20:13
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp hərəkəti ilə müzakirələr yaradıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, ictimaiyyət qarşısında həyat yoldaşı Melaniyaya olan incə hisslərini gizlədə bilməyib.  

Tramp və xanımı Ağ evin Şərq otağında hərbçi analar üçün keçirilən tədbirə qatılıb və çıxış ediblər.

Tədbir vaxtı Tramp izdiham qarşısında dəfələrlə arvadını qucaqlayıb yanağından öpüb. Fotoqraflar bu kadrları qaçırmayıblar.

Daha sonra isə ABŞ lideri Melaniya tamaşaçılar arasında oturarkən, nəzakətlə onun başından öpüb.

Donald Trampın sevgisini nümayiş etdirməsi maraqla qarşılanıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.