Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar İvate prefekturasına yaxın ərazidə hiss olunub.
Milli.Az yerli mediaya istinadən xəbər verir ki, Yaponiya Milli Meteorologiya İdarəsi zəlzələnin ocağının təxminən 60 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb. Hadisə nəticəsində hər hansı insan tələfatı və ya maddi ziyan barədə məlumat daxil olmayıb.
Zəlzələdən dərhal sonra mümkün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, aparılan qiymətləndirmələrdən sonra bir neçə dəqiqə ərzində bu xəbərdarlıq geri götürülüb.
Kənan
Milli.Az





