Meksikalı influenser Valeria Markes TikTokda izləyiciləri ilə canlı yayım edərkən gözəllik salonuna daxil olan silahlı şəxsin açdığı atəş nəticəsində qətlə yetirilib.
Milli.Az dailymail-ə istinadla xəbər verir ki, hadisə Jalisco ştatında yerləşən "Blossom the Beauty Lounge" salonunda baş verib. 23 yaşlı Valeria yayım zamanı pəncərədən baxarkən bir neçə dəfə atəşə tutulub. Videolarda qızın sinəsindən və başından güllə yarası alması əks olunub. O, dərhal yerə yıxılıb və canlı yayım kimliyi bilinməyən qadın tərəfindən dayandırılıb.
İlkin məlumatlara görə silahlı şəxs salonu tərk edərək motosikletlə hadisə yerindən qaçıb. Təcili tibbi yardımlar gəlsə də, Valeria hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İsmayıl
Milli.Az