Gürcüstan

"Ad gününə getmək istəmirdi, özüm göndərdim" - İtkin düşən Aytacın anası

14 May 2025 16:40
Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qonşu ölkədə itkin düşən 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur ki, xəbər yoxdur. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədova aprelin 1-də Tbilisidə itkin düşüb.

Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar Tbilisidə yaşayıb.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra Aytac anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.

"Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. "Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən", - deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi", - deyə itkin düşən qızın anası Elza Omarova söyləyib.

Aytac Məmmədovanın Tbilisidə Kür çayına düşdüyü ehtimal edilir və axtarışlar həm quruda, həm də suda davam etdirilir. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.