23:10
Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovanın meyiti tapılıb.
Milli.Az xəbər verir ki, 45 gün əvvəl müəmmalı şəkildə itkin düşən və özünü Kür çayına atdığı ehtimal edilən Məmmədovanın cəsədi çaya düşdüyü ehtimal edilən ərazidən 40-50 metr aralıda aşkar edilib.
Hadisə yerinə çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyit sudan çıxarılıb və ekspertizaya göndərilib. Hazırda ekspertizanın nəticələri gözlənilir.
Xatırladaq ki, Aytac Məmmədova 45 gün əvvəl naməlum şəraitdə itkin düşmüş və onun sonuncu dəfə Kür çayı sahilində görüldüyü bildirilmişdi. İtkin düşdüyü gündən bəri ailəsi və yerli sakinlər tərəfindən axtarışlar davam etdirilirdi.
Hazırda Gürcüstan hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır. Ekspertizanın nəticələrinə əsasən, Məmmədovanın ölüm səbəbi dəqiqləşdiriləcək.
Qeyd edək ki, Aytac ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra qız anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.
"Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. "Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən", - deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi", - deyə Aytacın anası Elza Omarova söyləyib.
A. Məmmədova Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsi idi və o, təhsili ilə əlaqədar paytaxtda yaşayıb. (Musavat.com)
------------
16:40
Qonşu ölkədə itkin düşən 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur ki, xəbər yoxdur. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədova aprelin 1-də Tbilisidə itkin düşüb.
Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar Tbilisidə yaşayıb.
Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra Aytac anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.
"Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. "Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən", - deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi", - deyə itkin düşən qızın anası Elza Omarova söyləyib.
Aytac Məmmədovanın Tbilisidə Kür çayına düşdüyü ehtimal edilir və axtarışlar həm quruda, həm də suda davam etdirilir. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər görülür.
Milli.Az