Şou-biznes

“Bilmirsən ki, uşağın kimdəndir?!”

14 May 2025 14:24
Baxış: 2 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elnarə Abdullayeva qalmaqallı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sənətçi efirləri sərt şəkildə tənqid edib

"Çıxıb danışırsan, sonra sosial şəbəkələrdə yazırlar ki, bu da belə danışır. Nə edək, əxlaqsızlığı təbliğ edək? Camaat övladları ilə televiziya izləyir.  Nə qədər sosial şəbəkələr olsa da, televiziyada nə desən, Xalq onu qəbul edəcək. Əksəriyyət baxır. Deyirlər ki, TikTok-da tanındı. Tanınmısansa, televiziyaya niyə çıxırsan?

Televiziyanın aliliyi var. Televiziyanın rəhbərliyi hər yaşda olan tamaşaçını qorumalı, hər kəsi efirə buraxmamalıdır.  Allah dünyasını dəyişən sənətkarlara rəhmət etsin. Biz onların yanında "salam"dan başqa söz danışa bilməzdik.

Bunun övladı var, bilinmir kimdəndir...Belə şey olar? Bunların yiyəsi yoxdur! Qardaşı, atası, anası, evi, eli olan bu sözü danışar? Sən bilmirsən uşağın kimdəndir? Nə zibil yemisənsə, efirdə demə, kənarda qalsın. Heç aparıcının da bunu üzə vurmağa ixtiyarı yoxdur. 

Televiziyaya baxa bilmirəm, əsəb xəstəsi olmuşam. Gəncləri düşünün. Allahaqqı xalq pozulur. Musiqi oxundan çıxıb. Azərbaycan xalqı qeyrətli, vicdanlıdır. Necə gəldi danışırlar?
Elə oğullarımız, xanımlarımız var ki, belinə tüfəng bağlayar, düşmən qarşısına çıxar.
Qadınlarımız belə deyil axı. Elə ikisini çıxarırsınız efirə...".

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.