Bakı əhalisi ilə bağlı kritik proses – Şəhərdən çıxarıla bilərlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli aktrisa Nurgül Yeşilçayın İstanbuldan köçməsi sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu tendensiya təkcə Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə edilir. Məşhur simalar sıxlıqdan, tıxaclardan və insanların aqressiv davranışlarından yorularaq böyük şəhərləri tərk etməyə üstünlük verdiklərini bildirirlər. Məsələn, azərbaycanlı müğənni Abbas Bağırov da bu səbəbdən paytaxt Bakını tərk edərək Gəncəyə köçmüşdü. O, şəhərdəki tıxacların gündəlik həyatına mənfi təsir etdiyini bildirmişdi.
Sosioloq Elçin Bayramlı deyib ki, sözügedən proses inkişaf etmiş dövlətlərdə azı 20-30 ildir, davam edir:
"Bir sıra Avropa ölkələrində, ABŞ-da, Yaponiyada şəhərlər ekoloji, sosial, iqtisadi, sağlamlıq, psixoloji cəhətdən yaşanmaz vəziyyətə çatıb. İmkanı olan şəxslər, xüsusilə də məşhur insanlar, biznesmenlər çalışırlar ki, kiçik şəhərlərə, kəndlərə köçsünlər, orada fəaliyyət göstərsinlər. Meqapolislərin yaranması qeyri-təbii həyat formasının ortaya çıxmasına səbəb olur. Şəhərlər artıq dəhşətli məkana çevrilib. Ona görə də bütün imkanlardan istifadə edərək, qaçmaq lazımdır. Digər tərəfdən, Avropa ölkələrində paytaxt əhalisi çox azdır. Azərbaycanda isə insanların 50 faizi Bakıda məskunlaşıb. Regionlarda yaşamaq üçün imkanlar yoxdur. İş yerləri azdır, sosial-mədəni obyektlər yoxdur və sair. Belə şəraitdə bizdə əks proses - şəhərə axın daha sürətli gedir, nəticədə kəndlər, regionlar boşalır".
Sosioloq bildirib ki, Bakıda müşahidə olunan sıxlıq həm də xəstəlik mənbəyinə çevrilir:
"Yaxın 15 ildə şəhərlər dəhşətli vəziyyətə çatacaq. Yaşayış xərcləri həddən artıq bahalaşacaq, ekoloji durum pisləşəcək, hərəkət imkanları çətinləşəcək. Ona görə də indidən ağıllı insanlar şəhərlərdən kənara köçməyə çalışırlar. Regionları inkişaf etdirmək, Bakıdakı əhalinin ən azı yarısını regionlara yönəltmək lazımdır. Bu baxımdan, "Kəndə qayıdış" adlı böyük bir proqram hazırlanmalı, regionlarda müxtəlif vergi güzəştləri, dövlət yardımları, biznes kreditləri, özünüməşğulluq çərçivəsində dəstəklər və sair olmalıdır. Eyni zamanda işğaldan azad olunmuş ərazilər çox böyük potensiala malikdir, elə bir milyon insanı ora köçürmək mümkündür". (globalinfo)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyda bəyin dostlarının zarafatı müzakirə yaratdı – (Video)
-
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - (Video)
-
Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)
-
İlham Əliyev və Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb - (Foto)
-
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
XƏBƏR LENTİ
-
Kankisürənlər yollarda təhlükə yaradır? - (Video)
-
Xalq artisti görüntüsü ilə mat qoydu - (Video)
-
Ən sağlam doğrama taxtası bəlli oldu
-
Çiçəklərin dibinə yarım stəkan tökün: Küsən çiçəyi canlandırır
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
-
Toyda bəyin dostlarının zarafatı müzakirə yaratdı – (Video)
-
Ağardıcıdan min dəfə təsirli: 1 çay qaşığı kifi öz-özünə təmizləyir
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı – böyük sənət bayramı ərəfəsində (Foto)
-
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - (Video)
-
Abşeronun bəzi ərazilərində işıq olmayacaq
-
Şahbuzda ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib
-
Günün qoroskopu: Sevgi həyatınızda gözlənilməz sürprizlər ola bilər
-
"Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
-
Mehdiabad yolunda sıxlığın azaldılması üçün yeni layihə - (Video)
-
Daha 535 ev “Güzəştli mənzil” sistemi vasitəsilə satıldı
-
İnsanlar nə vaxt öləcəklərini təxmin edə bilir, amma bir böyük səhvlə
-
Zelenskinin ofisində axtarış aparıldı
-
Pay torpaqları vətəndaşlardan alınacaq?
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır
-
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
-
Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)
-
Burak Yörükün toy fotoları 3 ay sonra yayıldı - (Foto)
-
UEFA "Fənərbağça" – "Lion" matçının cəzasını açıqladı
-
Azərbaycanlı kurator Züleyxa İbad Berlin Art Week 2026 çərçivəsində “Familiar Strangers” sərgisini təqdim edəcək - (Foto)





