Şou-biznes

"Eldar yarışma ərəfəsində heç kimə dəstək olmurdu"

15 May 2025 07:35
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İndi Eldara böyük hörmətim var. Amma hər dəfə "Avroviziya" ərəfəsində onu yıxıb-sürümüşəm. Çünki yarışma ərəfəsində heç kimə dəstək olmur, bununla bağlı paylaşımlar etmir. Hətta bir dəfə müsabiqəyə bir gün qalmış səhifəsinə baxdım. Gördüm, ancaq alça yeyir, ondan danışır".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər proqramında deyib. Aparıcı "Avroviziya 2011" qalibi, hazırda yarışmanın Azərbaycan üzrə musiqi prodüseri Eldar Qasımovdan danışıb. O bildirib ki, Eldarın rus dilində danışmasını bəyənməyib:

"Müsahibələrini izlədim, ancaq rus dilində danışır. Bir dəfə Azərbaycan dilində danışmayıb. Elə fikir formalaşdırıb ki, o ağ, biz qara adamıq. Efirdə ona irad tutdum. Həmin gündən görürəm ki, Eldar Azərbaycan dilində danışır. Gözəl danışır, bunu demək lazımdır. Eldar, sən bu xalqın nümayəndəsisən, göndərmişik "Avroviziya"da bizi təmsil edəsən. Sən hansı xalqın başını uca edirsən? İradımdan sonra, sözümü dinlədi. Üzümə qayıtmadı. O qədər tənqid edirdim ki, onun bir yaxını zəng etdi ki, Eldardan nə istəyirsən?". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.