Türkiyə

İstanbulda azərbaycanəsilli qadının MEYİTİ TAPILDI

20 Avqust 2025 12:41
Baxış: 584
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulun Esenyurt rayonunda azərbaycanəsilli 58 yaşlı Olqa Aydın yaşadığı evdə ölü tapılıb.

Milli.Az oxu.az-a istiandən xəbər verir ki, qonşular qadının evindən gələn xoşagəlməz qoxu ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qadının meyitini aşkarlayıblar.

İlkin araşdırma nəticəsində qadının pul qarşılığında xəstə baxıcısı işlədiyi və içki düşkünü olduğu, bir neçə gün əvvəl öldüyü müəyyən edilib.

Meyit müayinə üçün ekspertizaya təhvil verilib.

Hadisə ilə bağlı Esenyurt Prokurorluğu araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.