Rusiya

Rusiyada yanacaq qıtlığı yaranıb

20 Avqust 2025 14:22
Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada yanacaq çatışmazlığı qiymətlərin yüksəlməsinə səbəb olub.

Milli.Az xəbər verir ki, "Kommersant" nəşrinin məlumatına görə, bir neçə iri neftayırma zavodunda aparılan təmir işləri benzinin bazara çıxan həcmində azalmaya yol açıb.

Bu isə ölkədə benzin qıtlığına gətirib çıxararaq, birjada topdan satış qiymətlərinin artmasına təsir göstərib.

Hökumət vəziyyəti sabitləşdirmək məqsədilə benzin ixracına məhdudiyyət qoyub və bazarda gərginliyi azaltmaq üçün əlavə tədbirlər hazırlayır. Lakin mütəxəssislər kənd təsərrüfatında əkin-biçin mövsümünün yaxınlaşdığı bir vaxtda yanacaq istehsalını artırmadan vəziyyətin normallaşmasının çətin olduğunu vurğulayırlar.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.