İdman

Azərbaycan Premyer Liqası: 10 ildən sonra üç oyunda heç-heçə qeydə alınıb

20 Avqust 2025 13:22
Baxış: 424
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə Azərbaycan çempionatında 10 ildən sonra ilk turun üç oyununda heç-heçə qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Misli Premyer Liqasının 2025/2026 mövsümünün startı heç-heçələrlə zəngin olub. I turda baş tutan 5 oyundan üçü "sülh"lə nəticələnib.

"Karvan-Yevlax" - "Qəbələ", "Neftçi" - "Şamaxı" və "Zirə" - "Araz-Naxçıvan" görüşlərində eyni - 1:1 hesabı qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.

Sonuncu dəfə 2015/2016 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.

Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/2013 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.

Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/2021 mövsümündə bu rəqəm 2,00 olub.

Qeyd edək ki, I turun bir matçı təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.