Cəmiyyət

Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlandı

20 Avqust 2025 12:24
Baxış: 466
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

Bildirilib ki, azərbaycan dili bölməsi üzrə 4 653, rus bölməsi üzrə isə 474 nəfər lisey və gimnaziyalara daxil olub.

Valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini avqustun 20-dən başlayaraq 25-i saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcək.

Qeyd edək ki, sənəd qəbulu üçün son müraciət tarixi 25 avqust, saat 12:00-dır.

Minimum ballar

Qəbul olan şagird sayı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.