Hadisə

Aeroport yolundakı dəhşətli qəzada ölən Təbrizin FOTOsu

20 Avqust 2025 15:08
Baxış: 821
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, 4 gün əvvəl Suraxanı rayonu, Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Unikal"a istinadla xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 2-si isə yaralanıb.

Belə ki, avtomobilində texniki nasazlıq yarandığından sürücü 1991-ci il təvəllüdlü Təbriz Güloğlan oğlu Şəfiyev yolun kənarında nasazlığı aradan qaldırmağa çalışıb.

Digər nəqliyyat vasitəsinin nasazlıq yaranan avtomobilə çırpılması nəticəsində sürücü 34 yaşlı T.Şəfiyev həyatını itirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.