Türkiyə

Seysmoloqlar xəbərdar edir: Türkiyədə növbəti zəlzələ gözlənilir?

19 Avqust 2025 16:25
Baxış: 565
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Balıkəsir vilayətinin Sindirgi rayonunda 10 avqustda baş verən 6,1 maqnitudalı zəlzələdən sonra bölgədə yer səthində qırıq və ya deformasiya izləri aşkarlanmayıb. Lakin afterşokların sayı və intensivliyi mütəxəssisləri narahat edir.

Milli.Az xəbər verir ki, Afyon Kocatepe Universitetinin Zəlzələ Tətbiq və Tədqiqat Mərkəzindən verilən məlumata görə, ilkin GPS ölçmələri ərazidə hərəkətin minimal olduğunu göstərir. Mərkəzin rəhbəri professor İbrahim Tiryakioğlu bildirib ki, zəlzələnin hansı fay üzərində baş verdiyini müəyyən etmək üçün daha geniş tədqiqatlara ehtiyac var.

Professor Süleyman Pampal isə bu gücdəki zəlzələlərin səthdə qırılma yaratmamasının mümkün olduğunu, lakin bölgədə tanınmamış gizli fay xətlərinin də ola biləcəyini qeyd edib.

Xüsusilə afterşokların sayı diqqət çəkir. Balıkəsirdə 1500-dən çox təkan qeydə alınıb ki, bu da oxşar hallarla müqayisədə xeyli yüksək göstəricidir. Pampal bu vəziyyəti "adi haldan kənar" adlandırıb.

Tiryakioğlu isə bölgədə müəyyən enerji boşalmasının baş verdiyini yeni güclü zəlzələ ehtimalının az olduğunu bildirib. Buna baxmayaraq Simav, Gelenbe və Balıkəsir kimi zonaların uzun müddətdir susqun olması bu ərazilərin davamlı müşahidəsini zəruri edir.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.