Hadisə

Gəncədə yetkinlik yaşına çatmayan şəxs öldürüldü, cinayət işi açıldı

20 Avqust 2025 09:40
Baxış: 604
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə APA-ya Gəncə șəhər prokurorluğundan məlumat verilib.

Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, ötən gün 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.