Razi Nurullayev toy məsələsinə görə Elçin Əlibəylini sərt tənqid etdi: "Reytinq xatirinə nala-mıxa vurur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin deputatı Razi Nurullayev jurnalist Elçin Əlibəylinin qardaşı oğlunun toyu ilə bağlı səsləndirdiyi tənqidlərə cavab verib.
Milli.Az xəbər verir ki, deputat qardaşı oğlunun toyunda nə israfçılıq, nə də yüksək səs olduğunu bildirib:
"Jurnalist Elçin Əlibəyli reytinq xatirinə nala-mıxa vurur. Qardaşım oğlu və onun ailəsi başqa ölkə vətəndaşıdır. Onlar qərar verib 50 nəfərlik sadə toy ediblər. Mən parlamentdə toylarda israfçılıq və yüksək səsin əleyhinə çıxış etmişəm və bu gün də həmin mövqedəyəm".
R.Nurullayev qardaşı oğluna görə məsuliyyət daşımadığını qeyd edib:
"Görəsən Elçin Əlibəyli öz qardaş-bacılarına görə, əmisioğlu, dayısıoğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? Axı o da efirdən hamıya dərs keçməyə cəhd edir. Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı?
Başqa sözlə, gənclərin toyu olub, xoşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-buluğa çatıb evlıniblər. Toy edənlərə "xoşbəxt olun", "Allah mübarək eləsin", "oğullu-qızlı olun" deyərlər. Siz nə deyirsiniz? Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz.
Onlar xoşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Daha bir ölkədə hantavirus aşkarlandı
-
10 ildir mübarizə apardığı xəstəliyə qalib gəldi
-
"Şevket" dəyişib belə oldu - FOTO
-
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
-
Dua Lipa “Samsung”u məhkəməyə verdi
-
Meyvələri belə qəbul edin
-
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
-
Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
-
Günün qoroskopu: tələsməmək daha doğru olacaq
-
Türkiyədə 8,7 milyard lirəlik cinayətin üstü açılıb
-
Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
-
İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər
-
Dünya gözəli idi, Ebru Gündəşin "əkizi" oldu
-
İki hərbçimiz minaya düşdü
-
“Real” Mourinyoya görə bu qədər pul verəcək
-
Özlərinə daha çox problem yaradan BÜRCLƏR
-
Almaniya və Ukrayna birgə dron istehsal etməyi planlaşdırır
-
62 yaşlı kişi bazarda öldü
-
Əmisi oğlunu bıçaqladı
-
Bakıda evin həyətində meyit tapıldı
-
ÇL-də final matçının hakimləri bəlli oldu
-
Bakıda məktəbdə beşinci sinif şagirdi bıçaqlandı - FOTO
-
Tramp: "ABŞ nüvə tozunu qazıb çıxarmalı olacaq"
-
“Məni istəməyəni bağışlaya bilmirəm”





