Hadisə

Binəqədidə avtomobil yandı – VİDEO

9 Yanvar 2026 10:11
Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Binəqədi rayonunda avtomobil yanıb.

Milli.Az xəbər verir ki, hadisə yerində çəkilmiş kadrlar sosial şəbəkədə yayılıb.

"Opel Astra" markalı avtomobilin hansı səbəbdən yandığı bəlli deyil.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən "Opel" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.

Həmin kadrları təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.