Tayvan Penhuya raket sistemləri yerləşdirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tayvan Çinlə mümkün hərbi qarşıdurma fonunda Penhu arxipelaqının müdafiəsini təcili şəkildə gücləndirir. Mütəxəssislər bu ərazini adanın əsas müdafiə xəttlərindən biri hesab edirlər.
Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, Çin Tayvanı ələ keçirmək üçün hərbi əməliyyata başlayacağı təqdirdə, Penhu arxipelaqının hücumun ilk hədəflərindən biri ola biləcəyi bildirilir.
Qeyd olunur ki, Penhu təxminən 90 adadan ibarətdir və Tayvanın cənub-qərb sahillərindən təxminən 50 kilometr məsafədə yerləşir.
Təhlükəsizlik üzrə ekspertlərin fikrincə, Çin qüvvələri Tayvanın əsas adasına hücum etməyə cəhd göstərərsə, Penhu arxipelaqının müdafiəsi Tayvan ordusuna müqaviməti təşkil etmək üçün əlavə imkanlar yarada bilər.
Tayvanın Milli Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun tədqiqatçısı Su Tsiyun bildirib ki, Penhu istiqamətində hərəkət edən Çin gəmiləri arxipelaqda yerləşdirilən raket sistemlərinin hədəfinə çevrilə bilər.
Onun sözlərinə görə, bu səbəbdən Çin ordusu əsas adaya hücumdan əvvəl Penhu arxipelaqına qoşun çıxarmağa məcbur qala bilər.
Məlumata görə, Tayvan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi ilk dəfə arxipelaqda gəmiəleyhinə və desant əleyhinə əməliyyatlar üçün "Hsiung Feng" raket sistemlərinin buraxılış qurğularını yerləşdirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək
-
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
-
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
-
Dünya bazarında neft ucuzlaşdı
-
Tayvan Penhuya raket sistemləri yerləşdirdi
-
Nepalda daşqın faciəsi: Ölənlərin sayı 626-ya çatıb
-
Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır
-
Sakinlər bu yolda radar quraşdırılmasını istəyirlər - (Video)
-
Bu gündən şansları dönür: Bu 4 bürcü böyük dəyişikliklər gözləyir
-
Soyuducunu harada yerləşdirmək daha yaxşıdır?
-
Təzə üzüm mürəbbəsi necə hazırlanır?
-
Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir
-
Uçuş bələdçisi təyyarədəki ən rahat oturacaqları açıqladı
-
İçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq
-
Pezeşkian: ABŞ öhdəliklərinə qayıtsa, İran Hörmüz boğazını açacaq
-
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
-
Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Kəmaləddin Heydərovdan yeni təyinat
-
Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - (Video)
-
Kerem Bürsin əməliyyat olundu - (Foto)
-
Günün qoroskopu: Öz dəyərinizi dərk etmək üçün yaxşı gündür
-
Fethiyedə meşə yanğını şəhər mərkəzinə yaxınlaşır - (Foto)
-
“Manifest”in saxlanılan menecerinin evindən çıxanlar - (Foto)
-
Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd oldu





