Ölkə

Sakinlər bu yolda radar quraşdırılmasını istəyirlər - (Video)

29 Avqust 2026 07:07
Baxış: 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Eyni istiqamətdə hərəkətdə olan avtomobillərdən biri sola dönmə manevri edərkən arxadan gələn iki avtomobil ona çırpılıb. Zəncirvari qəza Binə qəsəbəsi ərazisində baş verib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, ərazi yaşayış məntəqəsi olsa da, burada tez-tez belə hadisələr baş verir. Bəzi sürücülər bu yolda qaydaları kobud şəkildə pozurlar:

Sakinlər qəza hallarının qarşısının alınması üçün ərazidə radar və ya təhlükəsizlik kameralarının quraşdırılmasını istəyirlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, sözügedən ərazidə yol hərəkəti təhlükəsizliyinin vəziyyəti daim diqqətdə saxlanılır. Bununla yanaşı, ərazi üzrə DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.