İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndiriləcək.
Bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilən müvafiq qanun sentyabrın 5-dən qüvvəyə minəcək.
Qanuna əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər - uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməlidir.
Bununla əlaqədar Gömrük Məcəlləsinin həm gömrük orqanlarının hüquqlarını, həm də gömrük nəzarətinin formalarını müəyyən edən maddələrinə dəyişiklik ediləcək. Dəyişikliklər gömrük əməkdaşlarına idxal olunan malların qeyd olunan uyğunluq sənədləri ilə müşayiət olunmasını yoxlamaq səlahiyyəti verəcək.
"Texniki tənzimləmə haqqında" qanunun tələblərinə görə texniki reqlamentlərə uyğun olmayan və ya uyğunluğu qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağandır.
Qanunun məqsədi texniki reqlamentlərin tələblərinə cavab verməyən və təhlükəli hesab olunan qeyri-qida istehlak mallarının ölkəyə gətirilməsinin qarşısını almaq, idxal nəzarəti mexanizmini təkmilləşdirmək və istehlakçıların təhlükəsizliyini artırmaqdır.
Yeni qaydalar yerli və xarici mənşəli məhsullar üçün eyni tələblərin tətbiqini təmin edəcək, rəqabət mühitinin qorunmasına və yerli istehsalın dəstəklənməsinə xidmət edəcək. Eyni zamanda insanların həyatı və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlət maraqlarına təhlükə yarada biləcək məhsulların idxalının qarşısı alınacaq.
Qanunda qeyri-qida mallarının idxalı ilə məşğul olan sahibkarların yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü də nəzərdə tutulub. Dəyişikliklər texniki reqlamentlər və istinad edilmiş standartlar qüvvəyə mindikdən 2 il sonra idxal olunan mallara şamil ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 6-da imzaladığı bu qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərman da sentyabrın 5-də qüvvəyə minəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)





