Dünya

Dünyanın ən gənc monarxı vəfat etdi

28 Avqust 2026 20:30
Baxış: 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Uqandanın dörd tərkib krallığından biri olan Toronun hökmdarı Oyo Nyimba Kabamba İquru Rukidi naməlum xəstəlik səbəbindən 34 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda CNN məlumat yayıb.

"Dərin kədər hissi ilə Əlahəzrət Toro Omukaması - Kral Oyo Nyimba Kabamba İquru Rukidinin vəfatı barədə məlumat verirəm", - Krallığın Baş naziri Kelvin Armstronq Rvomiire Akiiki bildirib.

Rəsmi şəxs əlavə edib ki, kral cümə axşamı yerli vaxtla saat 22:00 radələrində dünyasını dəyişib.

Qeyd edək ki, atasının vəfatından sonra, 1995-ci ildə, cəmi üç yaşında taxta çıxan Rukidi IV dünyanın ən gənc hökmranlıq edən monarxı olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.