Ölkə

Trend BİA – 2026-cı ilin birinci yarısında regionun aparıcı media qurumudur – son məlumatlar

28 Avqust 2026 20:15
Baxış: 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Trend Beynəlxalq İnformasiya Agentliyi 2026-cı ilin ilk yarısında Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin media qurumları arasında lider KİV kimi tanınıb.

Milli.Az xəbər verir ki, bu müstəqil "Medialogiya" platformasının məlumatlarında əks olunub.

Belə ki, platformanın məlumatlarına əsasən, Trend 2026-cı ilin ilk yarısında istinad olunma səviyyəsinə görə, lider mövqedə qərarlaşıb və bütövlükdə regionun informasiya bazarlarında ən yaxın rəqiblərini qabaqlayıb. Aşağıdakı diaqramlarda agentliyin mövqeyini təsdiqləyən məlumatlar təqdim olunur.

30 illik fəaliyyəti ərzində Trend İnformasiya Agentliyi təkcə Azərbaycanda deyil, həmçinin Cənubi Qafqaz ölkələrində, Mərkəzi Asiyada, Türkiyə və İranda baş verən hadisələri işıqlandıran regionun ən böyük KİV-lərindən birinə çevrilib. Agentlik artıq yalnız klassik informasiya agentliyi deyil, abunə modelləri və interaktiv xidmətlərlə intellektual ekosistemlər yaradan rəqəmsal startapdır.

Azərbaycan bazarı üzrə məlumatlar:
 

Qazaxıstan bazarı üzrə məlumatlar:

Özbəkistan bazarı üzrə məlumatlar:

Tacikistan bazarı üzrə məlumatlar:

Qırğızıstan bazarı üzrə məlumatlar:

Türkmənistan bazarı üzrə məlumatlar:

İran bazarı üzrə məlumatlar:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.