600-dən çox bal toplayıb kənarda qalanlara DİM sədrindən şad xəbər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"IV ixtisas qrupu üzrə bu il də yüksək rəqabət müşahidə olundu. Xüsusilə tibb ixtisaslarına böyük maraq nəticəsində yüksək bal toplamış bəzi abituriyentlər, o cümlədən 600-dən yuxarı nəticə göstərən namizədlər arasında belə, istədikləri mülki ixtisaslara qəbul olunmayanlar var".
Milli.Az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.
"Bu, əlbəttə, həmin gənclər və onların ailələri üçün asan nəticə deyil. Lakin hazırda onların bir hissəsi üçün əlavə imkanlar yaranıb.
Müvafiq hərbi qurumla aparılmış müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranmış əlavə yerlərə müəyyən olunmuş tələblərə cavab verən və yüksək nəticə əldə etmiş IV ixtisas qrupu abituriyentlərinin müraciət edə bilməsi nəzərdə tutulur.
Burada mühüm bir məqamı vurğulamaq istəyirəm: hərbi tibb üzrə təhsil almaq istəyən namizədlər üçün tibbi müayinədən keçmək tələbi yeni deyil. Bu, hərbi tibb ixtisaslarına qəbul zamanı həmişə mövcud olan şərtdir.
Bundan başqa, hərbi mühəndislik istiqamətləri üzrə qalan yerlərlə bağlı da IV ixtisas qrupu abituriyentləri üçün əlavə imkan yaradılır. Müəyyən olunmuş tələblərə cavab verən, IV ixtisas qrupu üzrə imtahanda 450 və daha yüksək bal toplamış namizədlər həmin yerlər üçün müraciət edə biləcəklər.
Bu abituriyentlərin buraxılış imtahanında riyaziyyat fənni üzrə nəticələri var, IV qrupa aid qəbul imtahanında isə fizika və kimya fənlərindən imtahan veriblər. Buna görə onların müvafiq hərbi mühəndislik proqramlarında təhsil almaq üçün zəruri olan fənn hazırlığının qiymətləndirilməsi mümkündür.
Qəbul şərtləri, tibbi və digər tələblər, eləcə də müraciət qaydası müvafiq hərbi qurum tərəfindən rəsmi şəkildə elan edilib.
Hərbi tibblə bağlı elanla burada tanış olmaq mümkündür: https://shorturl.at/4Yw6Z
Hərbi mühəndisliklə bağlı məlumat: https://shorturl.at/09fkS
Xüsusilə vurğulamaq istəyirəm ki, burada söhbət artıq keçirilmiş müsabiqənin nəticələrinin dəyişdirilməsindən və ya kiməsə fərdi üstünlük verilməsindən getmir. Yaranmış əlavə yerlər barədə məlumat müəyyən olunmuş tələblərə cavab verən bütün potensial namizədlər üçün açıq şəkildə elan edilir", - deyə o əlavə edib.
DİM sədri qeyd edib ki, eyni zamanda bir məsələni də unutmayaq.
"Hərbi tibb və hərbi mühəndislik sadəcə ali məktəbə qəbul olmaq üçün alternativ yol deyil. Bu, gələcək peşə ilə yanaşı, hərbi xidməti də seçmək deməkdir.
Ona görə də mən heç kimi yalnız bu il mütləq tələbə olmaq naminə bu imkandan istifadə etməyə çağırmıram. Bu istiqamətə həqiqi marağı olan və gələcəyini belə bir peşə və xidmətlə bağlamağa hazır olan gənclərin isə yaranmış imkandan xəbərdar olması vacibdir.
Yeni imkan yalnız o zaman dəyərlidir ki, insanın öz seçiminə çevrilsin".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Emre Altuğ gizlətdiyi sevgilisini göstərdi - (Foto)
-
Xoşbulağa dolu düşdü - Video
-
Bergüzar 44 yaşında - (Video)
-
Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu: 1-i 700 bal toplayıb
-
"Əhmədli"də sərnişin qatar yoluna düşüb
-
İnyesta bu klubun baş məşqçisi oldu
-
Azərbaycan XİN Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edib
-
600-dən çox bal toplayıb kənarda qalanlara DİM sədrindən şad xəbər
-
Bakıda yasda gülüş üstündə qan töküldü - təfərrüat
-
Abşeronda piyadanı vuran yeniyetmə sürücü qaçdı - (Video)
-
Anar Əliyev agentliyin sədrinə iki müavin təyin etdi (Foto)
-
"Trabzonspor"un rəqibləri məlum oldu
-
Qarabağ Universitetində İstanbul Texniki Universitetinin akademik bölmələri açılacaq (Foto)
-
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ bəlli oldu - (Foto)
-
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
-
Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
-
Rövşən Nəcəf Səriyyə Bünyatovanı özünə müşavir təyin etdi
-
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib (Foto)
-
İştar Gökseven yeni serialda rol alacaq - Obrazı bəlli oldu
-
İranda Trampı şizofren adlandırdılar
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi
-
ABŞ və Meksika pendir adlarına görə ticarət razılaşması bağlaya bilmir
-
Hökmdar və Şeyx - Yunus Oğuz yazır





