Qarabağ Universitetində İstanbul Texniki Universitetinin akademik bölmələri açılacaq (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə tədris, təlim və elmi-tədqiqat fəaliyyətlərinin təşkili, eləcə də müvafiq təhsil infrastrukturunun yaradılması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "İstanbul Texniki Universitetinin Rektorluğuna bağlı olaraq Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində akademik bölmələrin açılması haqqında" 27 avqust 2026-cı il tarixli 11647 nömrəli Qərarı imzalayıb.
"İTU-nun mühəndislik sahəsində zəngin akademik və elmi potensialının Qarabağ Universiteti ilə əlaqələndirilməsi müasir tədris və tədqiqat imkanlarının genişləndirilməsinə, yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına və birgə elmi fəaliyyətin inkişafına şərait yaradacaq.
Əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub".
Qeyd edilib ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Emre Altuğ gizlətdiyi sevgilisini göstərdi - (Foto)
-
Xoşbulağa dolu düşdü - Video
-
Bergüzar 44 yaşında - (Video)
-
Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu: 1-i 700 bal toplayıb
-
"Əhmədli"də sərnişin qatar yoluna düşüb
-
İnyesta bu klubun baş məşqçisi oldu
-
Azərbaycan XİN Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edib
-
600-dən çox bal toplayıb kənarda qalanlara DİM sədrindən şad xəbər
-
Bakıda yasda gülüş üstündə qan töküldü - təfərrüat
-
Abşeronda piyadanı vuran yeniyetmə sürücü qaçdı - (Video)
-
Anar Əliyev agentliyin sədrinə iki müavin təyin etdi (Foto)
-
"Trabzonspor"un rəqibləri məlum oldu
-
Qarabağ Universitetində İstanbul Texniki Universitetinin akademik bölmələri açılacaq (Foto)
-
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ bəlli oldu - (Foto)
-
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
-
Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
-
Rövşən Nəcəf Səriyyə Bünyatovanı özünə müşavir təyin etdi
-
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib (Foto)
-
İştar Gökseven yeni serialda rol alacaq - Obrazı bəlli oldu
-
İranda Trampı şizofren adlandırdılar
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi
-
ABŞ və Meksika pendir adlarına görə ticarət razılaşması bağlaya bilmir
-
Hökmdar və Şeyx - Yunus Oğuz yazır





