Dünya

Rusiya Zaporojyedə böyük zavodu vurdu - 4 milyon şüşə məhv oldu

28 Avqust 2026 16:23
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zaporojye şəhərində "Global Spirits" şirkətinə məxsus "Xortitsa" spirtli içki zavoduna zərbələr endirilib.

Milli.Az xəbər verir ki, zavodun məlumatına əsasən, müəssisə dörd dəfə vurulub və yanğın ən azı üç saat davam edib. Şirkət binaya dəyən ziyanın miqyasına görə zavodun bərpasının mümkün olmadığını bildirib.

Hücum nəticəsində aksiz rüsumları əvvəlcədən ödənilmiş təxminən 3-4 milyon şüşə hazır məhsulun məhv olduğu bildirilib. Məhsulların bir hissəsi yanıb, digər hissəsi isə yüksək temperaturun təsirindən əriyib və utilizasiya edilir.

Şirkətin məlumatına görə, bir şüşə məhsulun orta dəyəri təxminən 100 qrivna olub. Zavoda dəyən ümumi zərərin məbləği isə hələ açıqlanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.