Dünya

Rusiya Kiyev və ətrafını 40 saatdır PUA-larla vurur

28 Avqust 2026 14:37
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya ordusunun Kiyev və ətraf vilayətlərə PUA hücumlarının 40 saatdır davam etdiyi bildirilir.

Milli.Az xəbər verir ki, bu barədə Ukraynanın Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, ötən gündən etibarən Kiyevdə 21 dəfə hava həyəcanı siqnalı verilib. Bildirilir ki, hücumlar hələ də davam edir.

Qeyd olunub ki, hücumlar zamanı 18 anbar, eləcə də onlarla fərdi yaşayış evi, çoxmərtəbəli bina və avtomobil zərər görüb.

Ukrayna mənbələri hücumların əsasən mülki infrastruktura yönəldiyini və məqsədin əhali arasında təşviş yaratmaq, həmçinin şəhərlərin normal fəaliyyətinə mane olmaq olduğunu iddia edir.

Qeyd edək ki, məlumat Ukrayna mənbələrinə əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.