İdman

“Qarabağ” Rosaya görə nə qədər pul ödəyəcək?

28 Avqust 2026 13:08
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın transferini tamamlayıb.

Milli.Az Futbolinfo.az-a istinadla xəbər verir ki, braziliyalı futbolçunun keçidinin detalları müəyyənləşib.

Klublar arasında razılığa əsasən, "Qarabağ" 200 min avro müqabilində 23 yaşlı oyunçunu birillik icarəyə götürüb.

Rosa cari mövsüm "Qarabağ"ın oyunlarının ən azı 50 faizində iştirak edərsə, ağdamlılar onu 1 milyon avro qarşılığında birdəfəlik transfer etmək məcburiyyətində olacaq. Həmin məbləğin 500 mini APOEL-ə, 500 mini isə sabiq klubu "Bahia"ya çatacaq.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.