İdman

"Qarabağ" hücumçu transfer etdi - (Foto)

28 Avqust 2026 09:17
Baxış: 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib.

Milli.Az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Polşanın "Qurnik" (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Azərbaycan təmsilçisinə keçib.

26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard komandada 19 nömrəli forma ilə çıxış edəcək.

Norveçdə "Şeyd", "Fredrikstad", "Volerenqa", Fransada "Loryan", Belçikada "Beveren"də çıxış edən hücumçu 2024-cü ildə "Qurnik"ə keçib. Nigeriyalı futbolçu "Lex"də də forma geyinib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.