Divandakı pis qoxu və ləkələri aparan vasitə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mətbəxdə istifadə etdiyimiz qida sodası və qab yuyan vasitə divanın üzərindəki köhnə ləkələri təmizləməyə, xoşagəlməz qoxunu azaltmağa kömək edə bilər.
Milli.Az xəbər verir ki, təmizliyə başlamazdan əvvəl seçilən vasitə divanın görünməyən kiçik hissəsində sınaqdan keçirilməlidir. Parçanın rəngi və quruluşu dəyişmirsə, təmizliyə davam etmək olar.
Divanın səthinə az miqdarda qida sodası səpin. Bir müddət gözlədikdən sonra divanı tozsoranla diqqətlə təmizləyin. Soda pis qoxunu özünə çəkir, tozsoran isə tük, saç və tozu aradan qaldırır. Lakin soda bəzi tünd rəngli parçaları soldura bilər.
Köhnə yağ ləkələrini çıxarmaq üçün suya cəmi bir damcı qab yuyan vasitə əlavə etmək olar. Məhlul yalnız su ilə təmizlənməsinə icazə verilən parçalarda, azca nəm əski ilə tətbiq edilməlidir. Ləkəni güclü sürtmək əvəzinə yüngül hərəkətlərlə silmək məsləhətdir.
Qab yuyan vasitədən çox istifadə etmək olmaz. Həddindən artıq köpük parçanın liflərinə hoparaq təmizlənən hissəni yapışqan və cod edə bilər. Bu da həmin yerə daha çox toz və kir yığılmasına səbəb olar.
Davamlı qoxuları, o cümlədən ev heyvanlarından qalan qoxunu azaltmaq üçün 9 faizli sirkəni su ilə 1:2 və ya 1:3 nisbətində qarışdırmaq mümkündür. Məhlul parçaya çox islatmadan püskürdülməli və otaq yaxşı havalandırılmalıdır.
Açıq rəngli divandakı qan, sidik və digər üzvi ləkələr üçün hidrogen peroksiddən istifadə edilə bilər. Peroksid ağardıcı təsirə malik olduğuna görə tünd və rəngli parçalarda tətbiq olunmamalıdır.
Su ilə təmizlənməsi mümkün olmayan mikrofiber materiallarda bəzi mürəkkəb və yağ ləkələri spirtlə çıxarıla bilər. Lakin zamşa və digər həssas materiallarda istehsalçının təmizləmə təlimatı yoxlanılmalıdır.
Təmizləyici vasitələri bir-birinə qarışdırmaq olmaz. Xüsusilə ammonyak tərkibli məhsulların ağardıcı və digər kimyəvi vasitələrlə qarışdırılması təhlükəli qaz yarada bilər. Buna görə hər üsulu ayrıca tətbiq etmək və divanın etiketindəki qulluq qaydalarına əməl etmək vacibdir. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İtalyan üsulu limon budino hazırlanması
-
Divandakı pis qoxu və ləkələri aparan vasitə
-
2 kilo undan neçə kilo əriştə çıxır?
-
600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - (Video)
-
Günün qoroskopu: Qarşınızdakı insanın davranışları səbrinizi sınaya bilər
-
Mahir Emreli Konfrans Liqasında qolu ilə hesabı bərabərləşdirdi - (Video)
XƏBƏR LENTİ
-
İtalyan üsulu limon budino hazırlanması
-
Divandakı pis qoxu və ləkələri aparan vasitə
-
Dünyanın gecə həyatı paytaxtları bəlli oldu: İlk sırada Banqkok
-
2 kilo undan neçə kilo əriştə çıxır?
-
"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
-
600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - (Video)
-
Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
-
İcra nümayəndəsi vəfat etdi
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Günün qoroskopu: Qarşınızdakı insanın davranışları səbrinizi sınaya bilər
-
“Bəlkə, cahillik edib rəqəm seçirik” - Qurban Qurbanov
-
Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək
-
Qurban Qurbanov: "Hücum xəttimizdə çatışmazlıqlar var idi"
-
Mahir Emreli Konfrans Liqasında qolu ilə hesabı bərabərləşdirdi - (Video)
-
Kuryer qarşılaşdığı problemlərdən danışdı: "44 manatı məndən çıxdılar" - (Video)
-
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı - Yenilənib - (Video)
-
Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
Ontario gölünün adı dəyişdirilib
-
"Fənərbağça" rəsmiləri ulduz futbolçu üçün İngiltərəyə yola düşüb (Foto)
-
“Fənərbaxça” və “Qalatasaray”ın rəqibləri bəlli oldu
-
Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi - (Foto)
-
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
-
“Sabah”ın ÇL-dəki bütün rəqibləri bəlli olub - Yenilənib
-
Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - Yenilənib (Foto)





