Qurban Qurbanov: "Hücum xəttimizdə çatışmazlıqlar var idi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İstəməzdim ki, oyun belə olsun".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi məğlub olmaq istəmədiklərini bildirib:
"Çox həvəsli və istəkli idik. Əfsuslar olsun ki, belə oldu. Futbolda belə şeylər olur, səhvlərimiz də oldu. Çatışmazlıqlarımız var idi. Çox döyüşkən komandaya qarşı oynadıq. Konfrans Liqasının liqa mərhələsində oynamağı çox istəyərdik. Bundan sonra da işimizə məsuliyyətlə yanaşmalıyıq.
Azarkeşlərimizə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür edirəm. Hücum xəttimizdə çatışmazlıqlar var idi. Belə komandaya qarşı oyunda hücumda daha sürətli olmalı idik. Rəqib topla çox yaxşı rəftar edən komanda idi.
Biz rəhbərliklə də heyəti yeniləməyə başlayanda geniş söhbətimiz olmuşdu. Heyətdə dəyişiklik lazım idi. Düşünürdük ki, bizə üç ay, hətta dekabra qədər vaxt lazımdır. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda olmamaq faydalı ola bilər. Amma Avropa təcrübəsi də pis olmazdı. Bu futbolçular üçün əlavə məsuliyyət və təcrübə demək idi".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Tvente" matçı 1:4 hesabı ilə başa çatıb. İlk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə qalib gələn "Tvente" UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
-
Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
-
“Bəlkə, cahillik edib rəqəm seçirik” - Qurban Qurbanov
-
Qurban Qurbanov: "Hücum xəttimizdə çatışmazlıqlar var idi"
-
Mahir Emreli Konfrans Liqasında qolu ilə hesabı bərabərləşdirdi - (Video)
-
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
2 kilo undan neçə kilo əriştə çıxır?
-
"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
-
600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - (Video)
-
Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
-
İcra nümayəndəsi vəfat etdi
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Günün qoroskopu: Qarşınızdakı insanın davranışları səbrinizi sınaya bilər
-
“Bəlkə, cahillik edib rəqəm seçirik” - Qurban Qurbanov
-
Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək
-
Qurban Qurbanov: "Hücum xəttimizdə çatışmazlıqlar var idi"
-
Mahir Emreli Konfrans Liqasında qolu ilə hesabı bərabərləşdirdi - (Video)
-
Kuryer qarşılaşdığı problemlərdən danışdı: "44 manatı məndən çıxdılar" - (Video)
-
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı - Yenilənib - (Video)
-
Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
Ontario gölünün adı dəyişdirilib
-
"Fənərbağça" rəsmiləri ulduz futbolçu üçün İngiltərəyə yola düşüb (Foto)
-
“Fənərbaxça” və “Qalatasaray”ın rəqibləri bəlli oldu
-
Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi - (Foto)
-
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
-
“Sabah”ın ÇL-dəki bütün rəqibləri bəlli olub - Yenilənib
-
Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - Yenilənib (Foto)
-
"İki dəfə dünya gözümün önündə dayandı" - Aleksey İsayev
-
Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib
-
Qalibaf: Tramp administrasiyası səhv qərarlar qəbul edir





