"Trabzonspor" və "Beşiktaş" uduzdu - Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları bəllidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UEFA Avropa Liqası və Konfrans Liqasında əsas mərhələdə iştirak edəcək bütün komandalar müəyyənləşib.
Milli.Az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu Avropa Liqasının ümumi mərhələsinə yüksəlib. İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda səfərdə "Kauno Jalqiris"ə 0:1 hesabı ilə uduzsa da, ilk görüşdə 3:0 qalib gəldiyi üçün iki oyunun nəticəsinə əsasən 3:1 hesabı ilə mərhələni adlayıb.
"Kauno Jalqiris" isə mübarizəni UEFA Konfrans Liqasının ümumi mərhələsində davam etdirəcək.
Digər Türkiyə təmsilçisi "Trabzonspor" isə Avropa Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a səfərdə 0:4 hesabı ilə məğlub olub. İlk qarşılaşmada da 0:1 hesabı ilə uduzan komanda iki oyunun nəticəsinə əsasən 0:5 hesabı ilə geri düşüb və Konfrans Liqasına yollanıb.
Qarşılaşma zamanı "Trabzonspor" iki futbolçusunu da qırmızı vərəqə səbəbindən itirib. 13-cü dəqiqədə Ruslan Malinovski, 57-ci dəqiqədə isə Sidni Lopes Kabral meydandan kənarlaşdırılıb.
"Ferentsvaroş"un qollarını Kallum O'Dauda, Marius Korbu, Bamidele Yusuf və Kristian Listeş vurublar.
Beləliklə, "Beşiktaş" Avropa Liqasında, "Trabzonspor" və "Kauno Jalqiris" isə Konfrans Liqasının ümumi mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, hər iki turnirin ümumi mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Avropa Liqasında 36, Konfrans Liqasında isə 36 komanda mübarizə aparacaq.
Həmin komandaları təqdim edirik:
Avropa Liqası - Almaniyanın "Bayer" və "Hoffenhaym", Portuqaliyanın "Benfika" və "Torrense", İtaliyanın "Yuventus" və "Milan", Niderlandın "AZ Alkmaar" və "NEK Neymegen", Yunanıstanın "Olimpiakos" və OFİ, İspaniyanın "Real Sosyedad" və "Selta", Fransanın "Lion", "Marsel" və "Renn", Macarıstanın "Ferensvaroş", Çexiyanın "Viktoriya" və "Sparta", Belçikanın "Anderlext" və "Union", Xorvatiyanın "Dinamo Zaqreb", Şotlandiyanın "Seltik", Avstriyanın "Zalsburq" və "Şturm", Polşanın "Lex", İngiltərənin "Kristal Pelas", "Sanderlend" və "Bornmut", Sloveniyanın "Selye", Polşanın "Yagelloniya", Kiprin "Omoniya", Türkiyənin "Beşiktaş", İsrailin "Hapoel" (Ber-Şeva), Norveçin "Lillestrom", Bolqarıstanın "Levski" və Ermənistanın "Ararat-Armenia" komandası.
Konfrans Liqası - İtaliyanın "Atalanta", Portuqaliyanın "Braqa", Niderlandın "Ayaks" və "Tvente", Almaniyanın "Frayburq", Fransanın "Monako", Danimarkanın "Kopenhagen", "Norşellan", "Midtüllan" və "Orxus", Qazaxıstanın "Kayrat", Türkiyənin "Trabzonspor", Rumıniyanın "Universitatya Krayova", Serbiyanın "Srvena Zvezda", Yunanıstanın "Panatinaikos", Belçikanın "Gent" və "Sent-Trüden", Kiprin "Pafos", İngiltərənin "Brayton", İsveçrənin "Luqano" və "Tun", İspaniyanın "Xetafe", Finlandiyanın "KuPS", Bosniya və Herseqovinanın "Borats", Norveçin "Brann", Şotlandiyanı "Harts", Latviyanın "Riqa", Xorvatiyanın "Hayduk" (Split), Çexiyanın "Yablonets", Moldovanın "İnter", Bolqarıstanın ÇSKA (Sofiya), Litvanın "Jalgiris", İsveçin "Myölbü", Gürcüstanın "İberiya", Albaniyanın "Eqnatiya" və Cəbəllütariqin "Linkoln" klubu.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Azərbaycanda bu valyuta bahalaşdı - Rəsmi
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
XƏBƏR LENTİ
-
Qarabağ suvarma kanalının tikintisi nə vaxt başlayacaq? - Tarix açıqlandı
-
Buta Gallery-də “İki baxış. Bir dünya” sərgisi açılıb: iki fərqli yaradıcılıq aləminin görüşü - (Foto)
-
Azərbaycanın 7-ci İnnovasiya Həftəsində iştirak etmişdir - (Foto)
-
Səlim Abbasov: "Kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar” (Video)
-
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
-
Əməkdar artist: "Gizli ailə qurmuşam və qız anasıyam yazıblar" (Video)
-
“İranla münaqişə istədiyim vaxt bitəcək” – Tramp
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
Bakının 4 rayonunda işıqlar sönəcək
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)





