Azərbaycanın 7-ci İnnovasiya Həftəsində iştirak etmişdir - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan nümayəndə heyətinin Keniyanın Mombasa şəhərində keçirilən 7-ci İnnovasiya Həftəsində iştirakı iki ölkə arasında gənclər, təhsil və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsinə verilən önəmi əks etdirir.
Milli.Az xəbər verir ki, Keniyada təhsil və gənclərin inkişafı layihələrinə dəstək verən Almaniya, Fransa, Niderlandın Keniyadakı səfirlərinin də dəvət aldığı İnnovasiya Həftəsinin açılış mərasimində Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev çıxış edərək, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı ciddi çətinliklərə baxmayaraq əldə etdiyi mühüm nailiyyətlərdən, regionda sülh və sabitliyin möhkəmləndirilməinə verdiyi töhfələrdən danışıb. O, Keniya və Azərbaycan arasındakı dinamik əlaqələrdə təhsil və mədəniyyət təşəbbüsləri vasitəsilə əldə olunan irəliləyişləri yüksək qiymətləndirib. Bu tədbirdən bir gün əvvəl Mombasadakı "Fort Jesus" Dünya İrsi Kompleksində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə yenilənmiş Suahili Mədəniyyət Kitabxanasının açılışı və "İRS-Urithi" jurnalının suahili dilində ilk sayının təqdimatı ilə əlaqədar baş tutan tədbir və görüşləri vurğulayıb. Səfir "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində hər il keniyalı, o cümlədən mombasalı tələbələrin Azərbaycanda tam təqaüdlə ali təhsil almaq imkanı əldə etdiklərini, həmçinin bu aydan etibarən Azərbaycan Dillər Universitetində suahili dilinin keniyalı müəllim tərəfindən tədris olunmağa başladığını diqqətə çatdırıb.
Səfir Həftənin təşkilatçısı, "Swahilipot Hub" fondunun təsisçisi Mahmud Noora səmərəli tərəfdaşlığa görə təşəkkür edib və fondun fəaliyyətinin 10 illiyi münasibətilə onu təbrik edib.
Tədbirdə "İRS" beynəlxalq jurnalının baş redaktoru, Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru Musa Mərcanlı iştirak edib. Onun iştirakı Azərbaycanın Keniya ilə əməkdaşlığında mədəniyyət və təhsil istiqamətlərinin əhəmiyyətini bir daha önə çıxarıb.
Açılış mərasimində ali qonaq qismində Mombasa vilayətinin qubernatoru Abdulsamad Şərif Nasir, Keniyanın Elm, Tədqiqat və İnnovasiya üzrə Dövlət Departamentinin baş katibi professor Şaukat Abdulrazak, Keniya Vitse-prezidentinin gənclər məsələləri müşaviri Gerald Mithamo, Kilifi vilayətinin qubernatorunun müavini Flora Çibule, Zanzibar Şəhər Şurasının lord-merinin müavini Heytam Kamis və bir sıra digər yüksək səviyyəli qonaqlar, tərəfdaşlar, biznes dairələri iştirak ediblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sürücülərə şad xəbər - Bu cərimənin məbləği kəskin azaldılır
-
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yeni məbləğlər açıqlandı
-
Yeni Qarabağ suvarma kanalının tikintisi nə vaxt başlayacaq? - Tarix açıqlandı
-
Azərbaycanın 7-ci İnnovasiya Həftəsində iştirak etmişdir - (Foto)
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Şirvan suvarma kanalı vasitəsilə 100 min hektardan çox yeni əkin sahəsi suvarılacaq
XƏBƏR LENTİ
-
İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı nələr dedi?
-
Sürücülərə şad xəbər - Bu cərimənin məbləği kəskin azaldılır
-
14 illik həbs hökmündən sonra Ramiz Mehdiyevlə bağlı yeni qərar
-
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yeni məbləğlər açıqlandı
-
Tacir Şahmalıoğlunun oğlu ilə ifası Yeganəni ağlatdı (Video)
-
Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi
-
Prezident seçkilərində məğlub oldu, ölkədən getdi - (Foto)
-
İspaniyada sürət qatarları toqquşdu - 46 nəfər öldü - (Video)
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"
-
Yeni Qarabağ suvarma kanalının tikintisi nə vaxt başlayacaq? - Tarix açıqlandı
-
Buta Gallery-də “İki baxış. Bir dünya” sərgisi açılıb: iki fərqli yaradıcılıq aləminin görüşü - (Foto)
-
Azərbaycanın 7-ci İnnovasiya Həftəsində iştirak etmişdir - (Foto)
-
Səlim Abbasov: "Kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar” (Video)
-
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
-
Əməkdar artist: "Gizli ailə qurmuşam və qız anasıyam yazıblar" (Video)
-
“İranla münaqişə istədiyim vaxt bitəcək” – Tramp
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Şirvan suvarma kanalı vasitəsilə 100 min hektardan çox yeni əkin sahəsi suvarılacaq
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
Bakının 4 rayonunda işıqlar sönəcək
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)





