Hadisə

Bakıda elektrik cərəyanı iki nəfərin həyatına son qoydu

28 Avqust 2026 10:55
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Sabunçu rayonunda elektrik cərəyanı vuran 36 yaşlı kişi ölüb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə avqustun 26-da Ramana qəsəbəsində baş verib.

Qəsəbənin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vuran 1990-cı il təvəllüdlü Əlabbas Niftalıyev xəstəxanada həyatını itirib.

Bundan başqa Binəqədi rayonunda elektrik cərəyanı vuran 46 yaşlı kişi ölüb. Hadisə ötən gün rayonda yerləşən zavodların birində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Mərdan Əhmədov işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.