Bu binalar sökülə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər.
Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən A. Zeynallı küçəsi 35 ünvanındakı 1A saylı bina, A.Zeynallı küçəsi 37 ünvanındakı 2A saylı bina, M. S. Ordubadi küçəsi 15 ünvanındakı 3 saylı bina və A. Zeynallı küçəsi 37 ünvanındakı 4A saylı binanın sökülməsi nəzərdən keçirilir.
Məlumata əsasən, sözügedən binaların qəzalı vəziyyətdə olması onların gələcəkdə söküntü proqramına daxil edilməsini gündəmə gətirib. Söküntünün həyata keçirilməsi halında həmin binalarda yaşayan sakinlərin mənzillərinin taleyi və onların hansı formada təmin olunacağı da ayrıca müəyyənləşdirilməli olacaq.
Qeyd edilən ünvanlardakı binaların sökülüb-sökülməyəcəyi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan bildirilib ki, sözügedən ərazi üzrə müvafiq investisiya təklifləri daxil olduğu və investorlar tərəfindən maraq göstərildiyi təqdirdə məsələyə baxıla bilər: "Hazırda isə həmin ərazidə dövlət tərəfindən söküntü işlərinin aparılması nəzərdə tutulmur".
Qeyd edək ki, əvvəlki illərdə kvadratmetr üçün təxminən 1500 manat səviyyəsində olan ödənişlər hazırda Bakı üzrə orta hesabla 2700 manat civarındadır. Lakin bu rəqəm bütün ərazilər üçün eyni deyil.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
211 nömrəli avtobus axşam saatlarında niyə işləmir?
-
Bu binalar sökülə bilər
-
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
-
Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu - (Foto)
-
Şükürbəyliyə köçən ailələrə evlərinin açarları təqdim olundu - (Yenilənib)
-
Ölkədə hava dəyişir: Leysan, külək, dolu gəlir - Proqnoz
XƏBƏR LENTİ
-
Avropa Liqası: "Beşiktaş"ın rəqibləri bilinib
-
Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi
-
Qumralın qızı tələbə oldu - (Fotolar)
-
“Sabah” futbolçularının püşkatmada çıxan rəqiblərə reaksiyası - (Video)
-
Şəkidə 46 yaşlı müəllim körpüdən yıxılaraq öldü
-
Lamin Yamal karyerasında ilk dəfə belə seriya ilə üzləşib
-
Dron hücumundan sonra Bakıya qayıdan gənc dənizçi öldü
-
Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar
-
211 nömrəli avtobus axşam saatlarında niyə işləmir?
-
Cem Yılmaz tanınmaz halda - (Foto)
-
Bu binalar sökülə bilər
-
Rusiya Kiyev və ətrafını 40 saatdır PUA-larla vurur
-
Bu tələbələr təhsil haqqı ödəməyəcək - Siyahı
-
Nigar Fərhad sərbəst buraxıldı - (Yenilənib)
-
Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı - (Foto-Video)
-
İlk dəfə 19 bioloji övladı ilə tanış oldu - (Video)
-
Şəbnəm Tovuzlunun mikrafon tutma məsafəsi müzakirə yaratdı - (Video)
-
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
-
Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu - (Foto)
-
“Qarabağ” Rosaya görə nə qədər pul ödəyəcək?
-
Kolumbiyada meşə yanğınları 50 min hektar ərazini məhv edib
-
Şükürbəyliyə köçən ailələrə evlərinin açarları təqdim olundu - (Yenilənib)
-
Ölkədə hava dəyişir: Leysan, külək, dolu gəlir - Proqnoz
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir





