Bu tələbələr təhsil haqqı ödəməyəcək - Siyahı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbul olunan tələbələrin yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq.
Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikaya əsasən, bu il ali təhsil müəssisələrinə ümumilikdə 58 947 nəfər qəbul olunub. Onlardan 30 522 nəfəri ödənişli əsaslarla, 28 108 nəfəri dövlət sifarişi, 317 nəfəri isə dövlət hesabına təhsil almaq hüququ qazanıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, müəyyən kateqoriyalara aid şəxslər dövlət və digər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alsalar belə, təhsil haqqından azad edilirlər.
Təhsil haqqı ödəməkdən azad olunan şəxslər:
Məcburi köçkün statusu olan şəxslər
Dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, AMEA-nın magistratura səviyyəsində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu Azərbaycan vətəndaşları təhsil haqqı ödəməkdən azaddırlar.
Valideyn himayəsindən məhrum olan şəxslər
Hər iki valideyni vəfat etmiş, bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər ali, orta ixtisas və peşə təhsili müəssisələrində, eləcə də AMEA-nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil haqqından azaddırlar.
Əlilliyi müəyyən edilmiş şəxslər
Orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsili və rezidenturada, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda təhsil haqqı ödəmirlər.
Dövlət peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslər, həmçinin 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı şəxslər bu güzəştdən yararlana bilərlər.
Şəhid ailəsi statusu olan şəxslər
Şəhid ailəsi statusu almış şəxslər dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində 23 yaşınadək əyani formada təhsil aldıqları halda təhsil haqqından azaddırlar.
Şəhid və müharibə əlillərinin övladları
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş şəxslərin uşaqları ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsili və rezidenturada, həmçinin orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda təhsil haqqından azad edilirlər.
Müharibə veteranları
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsili və rezidenturada, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda təhsil haqqı ödəməkdən azaddırlar.
2026-cı ildən yeni güzəşt - həlak olmuş minatəmizləyənlərin övladları
Bu il təhsil haqqı güzəştləri daha bir kateqoriya üzrə genişləndirilib. 2026-cı il aprelin 27-də qəbul edilən qanuna əsasən, minatəmizləmə zamanı həlak olan və ya xəsarət nəticəsində həyatını itirən minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
XƏBƏR LENTİ
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı





