KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, kiberpolisin həyata keçirdiyi növbəti tədbirlərlə saxlanılan Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan "Xbet", "MostBet" və "Vimpay" platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən olunub:
"Təqsirləndirilən şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanıb.
İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşları sosial şəbəkələrdə və internet platformalarında təklif olunan qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Belə qanunsuz oyunların təşkili və idarə olunması, eləcə də oyunçu qismində iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət yaradır".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi
-
KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxlayıb
-
Gürcüstanda 15 yaşlı azərbaycanlının meyiti 30 metr dərinlikdə aşkarlandı
-
Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi
-
Şəkidə 46 yaşlı müəllim körpüdən yıxılaraq öldü
-
Dron hücumundan sonra Bakıya qayıdan gənc dənizçi öldü
XƏBƏR LENTİ
-
İştar Gökseven yeni serialda rol alacaq - Obrazı bəlli oldu
-
İranda Trampı şizofren adlandırdılar
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi
-
ABŞ və Meksika pendir adlarına görə ticarət razılaşması bağlaya bilmir
-
Hökmdar və Şeyx - Yunus Oğuz yazır
-
KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxlayıb
-
Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
83 milyard dollarlıq qızıl xəzinəsi tapıldı - 1000 tondan çoxdur
-
Tbilisidə blogerin meyiti tapılıb
-
Burcu Özberkin iş adamı sevgilisi onun üçün 5 milyon kirayə pulu ödədi - (Foto)
-
Rusiya Zaporojyedə böyük zavodu vurdu - 4 milyon şüşə məhv oldu
-
Türkiyədə rusiyalı turist taksidə doğdu: Uşağın adını Bodrum qoydular - (Video)
-
Azərbaycan vasitəsilə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
-
Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında kondisioner davası – (Video)
-
Gürcüstanda 15 yaşlı azərbaycanlının meyiti 30 metr dərinlikdə aşkarlandı
-
Nepalın yarısı yuyulub: Qiyamət kimi fəlakətin görüntüləri - (Video)
-
Kəlbəcərdə dolu yağdı - Faktiki hava açıqlandı
-
Azərbaycanda övladlığa götürmə qaydaları - Kimlər müraciət edə bilər?
-
Avropa Liqası: "Beşiktaş"ın rəqibləri bilinib
-
Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi
-
Qumralın qızı tələbə oldu - (Fotolar)
-
“Sabah” futbolçularının püşkatmada çıxan rəqiblərə reaksiyası - (Video)
-
Şəkidə 46 yaşlı müəllim körpüdən yıxılaraq öldü





