Dünya

İranda Trampı şizofren adlandırdılar

28 Avqust 2026 17:43
Baxış: 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-ın Hörmüz boğazını öz ərazisi elan etməsi cəfəngiyyat və hallüsinasiyadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi X hesabında yazıb.

"Şizofreniya düşüncə pozuntusu və reallığın təhrif olunmuş qavrayışı ilə özünü göstərən mürəkkəb psixoloji pozuntudur. Onun ən çox rast gəlinən simptomları hallüsinasiyalar və sayıqlamalardır", - iranlı diplomat bildirib.

Qeyd edək ki, Donald Tramp avqustun 22-də Hörmüz boğazını artıq ABŞ ərazisi hesab etdiyini açıqlayıb. Daha sonra o, "Truth Social" platformasında Hörmüz boğazının digər ABŞ əraziləri ilə birlikdə Amerikaya məxsus olduğunu göstərən xəritə yayımlayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.