ABŞ-ın Hörmüz boğazını öz ərazisi elan etməsi cəfəngiyyat və hallüsinasiyadır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi X hesabında yazıb.
"Şizofreniya düşüncə pozuntusu və reallığın təhrif olunmuş qavrayışı ilə özünü göstərən mürəkkəb psixoloji pozuntudur. Onun ən çox rast gəlinən simptomları hallüsinasiyalar və sayıqlamalardır", - iranlı diplomat bildirib.
Qeyd edək ki, Donald Tramp avqustun 22-də Hörmüz boğazını artıq ABŞ ərazisi hesab etdiyini açıqlayıb. Daha sonra o, "Truth Social" platformasında Hörmüz boğazının digər ABŞ əraziləri ilə birlikdə Amerikaya məxsus olduğunu göstərən xəritə yayımlayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)