Bakıda yasda gülüş üstündə qan töküldü - təfərrüat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Milli.Az Lent.az-a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən S.Babazadə özünü təqsirli bildiyini və hadisə baş verən gün yas mərasimində olduqlarını deyib:
"Mən taksi sürücüsüyəm. Amma vaxtım olanda fala baxan atama kiçik işlərində yardım edirəm. Həmin gün martın 27-si idi, Elşadla birlikdə qohumumuzun yas mərasimində idik. Allah şeytana lənət eləsin, gözləmədiyimiz halda gülmək tutdu, ardınca bir zarafat oldu. Elşad hamının yanında mənə acıqlandı. Camaatın içində olan bu irad mənə xoş gəlmədi. Amma söhbəti uzatmadım, evə qayıtdıq.
Mətbəxdə oturmuşdum, telefonda Elşadla danışdıq. Ona camaatın içində uşaq kimi danlanmağımın mənə xoş gəlmədiyini dedim, mübahisə etməyə başladıq. Onunla danışa-danışa, əsəbi halda stolun üstündə olan bıçağı cibimə qoydum. Elşad dedi ki, məhəlləyə gəlir. Mən çıxıb çöldə onu gözləməyə başladım. O gələn kimi tutaşmağa başladıq, qarşılıqlı bir-birimizə zərbələr endirdik. Birdən ayağımda istilik hiss elədim, əyilib baxanda ayağımı qan apardığını gördüm. Elşad bıçaqla necə vurmuşdusa, hiss eləməmişdim. Bunu görüb onu qorxutmaq üçün bıçağı çıxartdım. Süpürləşəndə necə oldu bilmirəm, onu qolundan yaraladım".
Zərərçəkmiş Elşad Bayramov Səid Babazadənin onun xalası oğlu olduğunu bildirib:
"Biz mübahisədən sonra dalaşmağa başlayanda Səid iki dəfə bıçaqla məni vurdu. Həmin an isti-isti heç nə hiss etməmişdim. Aralaşıb evə gedəndə sinəmin yandığını hiss elədim. Bıçaq yarasını o zaman gördüm. Səid mənim xalam oğludur, doğmamdır. Kimsə qəlbimə dəysə, ömürlük bağışlamaram, amma qanım ona halaldır. Biz barışmışıq, ondan şikayətim yoxdur".
Növbəti proses sentyabrın 18-də saat 10:40-a təyin edilib.
Xatırladaq ki, hadisə bu il martın 27-də Sabunçu rayonu ərazisində baş verib. Səid Babazadə yaxın qohumu Elşad Bayramovu aralarında yaranan mübahisə zamanı onun döş qəfəsindən bıçaqla vuraraq, sağlamlığına ağır xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, Səid Babazadə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham olunub, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Daha bir tiktoker saxlanıldı
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Qazaxda 2 nəfər bıçaqlandı
-
Bakıda villada qanlı hadisə - (Video)
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
XƏBƏR LENTİ
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
Tualetdən gec çıxan azərbaycanlı döyüldü





